Bia.Az

“Tottenhem” Keyni rekord qiymətə satır – Borca görə

Gündəm
 12-04-2020, 14:11     325

“Tottenhem” Keyni rekord qiymətə satır – Borca görə“Tottenhem” hücumçusu Harri Keyni sata bilər.

bia.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, hazırda London klubunun 637 milyon funt kredit, həmçinin transferlərə görə digər klublara 83 milyon funt borcu var. Əgər Premyer Liqa bərpa edilməsə və klub teleyayımdan gələn gəlirdən məhrum olsa, durum daha da gərginləşəcək. Bu səbəbdən borcun bir hissəsini bağlamaq üçün Keynin 200 milyon funta (225 milyon avro) “Mançester Yunayted”ə satılacağı bildirilir.

“MY” Keyni bu qiymətə alsa, bu, futbol tarixinin ən bahalı transferi olacaq.

Xatırladaq ki, hazırda rekord Neymara məxsudur. 2017-ci ildə PSJ braziliyalını “Barselona”dan 222 milyon avroya alıb.скачать dle 12.1