Bia.Az

40 yaşınız mübarək, Vüqar Rəcəboğlu!

Cəmiyyət
 1-01-2023, 14:50     315

Bu gün tanınmış jurnalist "Qanunpress.com.az" saytının dəyərli, hörmətli Baş redaktoru Vüqar Rəcəboğlunun (Musayev) ad günüdür.

O, 1 yanvar 1982-cü ildə Zaqatalada anadan olub. Qeyd edək ki, orta məktəbi bitirdikdən sonra Vüqar Rəcəboğlu müxtəlif saytlarla əməkdaşlıq edib. Hazırda yeni təsis etdiyi "Qanunpress.com.az" saytına rəhbərlik edir. İnanırıq ki, onun qoyduğu möhkəm bünövrə "Qanunpress.com.az"-ın ciddi bir sayt kimi təşəkkül tapmasında, az müddətdə tanınmasında özünü aşkar biruzə verəcək.

Bu gün ölkəmizdə minə yaxın xəbər saytı fəaliyyət göstərir. Bunların arasında "Qanunpress.com.az" öz dəsti xətti ilə seçilir. Elə həmkarları arasında jurnalistlərlə ən çox təmasda olan da Vüqardır. Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərimiz, eşitdiklərimiz bizi bu qənaətə gətirib ki, Vüqar Rəcəboğlu həmkarlarının etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Vüqar Rəcəboğlu öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən baş redaktordur. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən jurnalistdir ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən baş redaktordur.

Biz də belə bir əziz Bayram günündə əziz dostumuz-qardaşımız, tanınmış jurnalist, "Qanunpress.com.az"-ın təsisçisi və Baş redaktoru Vüqar Rəcəboğlunu Ad günü münasibətiə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağllğl, şəxsi həyatında, ictimai və jurnalistlik fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...

Xoş ünsiyyəti, mehriban və qayğıkeş rəftarı ilə hər kəsin hörmətini qazanan Vüqar Rəcəboğlu
Yeni yaşınız - 40 yaşınız mübarək! Qarşınızda hər zaman yaşıl işıq yansın!

BİA.az-ın kollektivi.
скачать dle 12.1