Bia.Az

Rəisin sirri-Putin ona niyə Rüstəm deyir?

Siyasət
 1-01-2023, 13:32     150

Şaymiyev üçün prezidentlik onun siyasi irsinin simvollarından biri idi, Minnixanov üçün isə... 

Dekabrın sonunda Tatarıstan Dövlət Şurası  respublika prezidenti vəzifəsinə yeni ad – “Tatarıstan Respublikasının başçısı – Rəis” təklif ediblər. Bu hadisənin əhəmiyyətini anlamaq üçün respublikada prezident üsul-idarəsinin yaranması   tarixi və siyasi kontekstini xatırlamaq lazımdır.
1991-ci ildə Boris Yeltsin Kazanda səfərdə olarkən tatarlara belə  demişdi: “Uda bildiyiniz qədər suverenliyi götürün”. O vaxta qədər, digər milli bölgələr kimi, Tatarıstanda hələ Rusiya Federasiyasından müstəqil kvazi-dövlətlərin formal əlamətləri yox idi. Lakin tezliklə onlar meydana çıxdı: öz qanunverici orqanları,  xarici dövlətlərlə müstəqil münasibətlər qurmaq hüququ və s. Təbii ki, hər bir belə suveren quruma öz prezidenti rəhbərlik edirdi. 1991-ci ilin avqust çevrilişi günlərində Mintimer Şaymiyev əhalini sakitləşdirdi: Rusiyanın öz prezidenti var, Tatarıstanın öz prezidenti...

2000-ci illərin əvvəllərində Rusiya Federasiyasının Konstitusiyasında hələ də " suveren dövlətlər" kimi qeyd olunan  milli regionlar tədricən  mərkəzə tam inteqrasiya olundular,  amma onlar hələ də prezident olaraq qalırdılar. 
2010-cu ilin avqustunda Çeçenistan prezidenti Ramzan Kadırov Rusiyada yalnız bir nəfərin prezident adlandırılmaq hüququ olduğunu deyərək, regional rəhbərlərin statusunun dəyişdirilməsini təklif etdi.  Həmin ilin dekabrında Dövlət Duması və Federasiya Şurası tələsik müvafiq  qanunu qəbul etdi. Regionlara qanunvericilikdə dəyişiklik etmək üçün 2015-ci ilin yanvarınadək “keçid dövrü”  verildi. Respublikanın keçmiş prezidenti Mintimer Şaymiyev Vladimir Putini respublika üçün istisna etməyə inandırmağa çalışdılar. Görüşlərtin birində isə Putinə Tatarıstan prezidentinin adının  dəyişdirilməsinə münasibəti soruşuldu. Putin cavab verdi ki, bu, respublika əhalisinin işidir, özü qərar verməlidir. Putinin açıqlaması Tatarıstan üçün “keçid dövrünü” daha 7 il uzatdı. 
Kazan vəziyyətdən çıxmaq üçün başqa variantları da nəzərdən keçirdi.  Hətta  2014-cü ildə yeni seçilmiş respublika parlamentinin buraxılması da  ciddi şəkildə müzakirə edilirdi. Çünki formal olaraq qanunları yalnız regional deputatlar dəyişə bilərdi: parlament yoxdursa, qanun da yoxdur. Yenisi seçilənə qədər, işə başlayana qədər, mübahisə edənə qədər vaxt keçəcək.
Bəzilərinə bu prezident adı israrı  qəribə görünə bilər. Doğrudanmı, vəzifənin adı Kazan üçün qədər önəmlidir? Tatarıstan rəhbərliyi federal Mərkəzə və şəxsən Putinə həmişə sadiq olub. Sabiq prezident Mintamir Şaymiyev üçün prezidentlik onun siyasi irsinin simvollarından biri idi.   O, özünü tatar xalqının tarixində tatarların dövlətçiliyini çox daralmış formada da olsa, dirçəltmiş ilk şəxsiyyət kimi görürdü.

Amma hazırkı rəhbər Rüstəm Minnixanov üçün vəziyyət başqadır.   Bundan əlavə, 2014-cü ildə Minnixanovun Rusiya elitası daxilində mövqeyi kəskin şəkildə gücləndi. O, fevral-mart aylarının dramatik günlərində Krıma təxminən beş dəfə gəldi - Krım tatar icmasını "Rusiyanı qəbul etməyə" inandırmağa çalışdı. Bu missiyasına görə Aleksandr Nevski ordeni də aldı. O vaxtdan bəri Putin dəfələrlə onu Rusiyanın regional liderləri arasından açıq şəkildə fərqləndirib. Məsələn, o, Minnixanova Rüstəm adı ilə müraciət edir. Minnixanov indi bəzi regional liderlərdən fərqli olaraq Qərb sanksiyalarından kənardadır.   O, “Rusiya-İslam Dünyası” qrupuna rəhbərlik edir. Çox güman ki, sanksiyalar Minnixanova o səbəbdən şamil edilmir ki,   o, diplomatik kommunikasiya kanalı rolunu oynayır.  İndi Minnixanovun statusu hakimiyyət  daxilində o qədər  möhkəmdir ki,  vəzifəsinin adı artıq xüsusi rol oynamır. Bununla belə, Minnixanov dəfələrlə ictimaiyyətə xatırladıb ki, Rusiya Federasiyasının Konstitusiyası regional hakimiyyət orqanlarını müstəqil formalaşdırmaq və adlandırmaq hüququnu birbaşa müəyyən edir.
Qanunla icazə verilən müddət demək olar ki, başa çatdıqda, Tatarıstan orijinal addım atmaq qərarına gəldi: Minnixanov 2020-ci ildə yenidən prezident seçildi, ona görə də o, 2025-ci ildə səlahiyyət müddətinin sonuna qədər belə qalacaq.  Regionun yeni rəhbəri isə rəis adlanacaq.  1920-ci ildə Tatarıstan Xalq Komissarları Sovetinin ilk sədri Səid-Qəliyev rəsmi olaraq Tatar Respublikasının sədri (rəisi) adlanırdı./Musavat.com/скачать dle 12.1