Bia.Az

Rusiya son sutkada Ukraynada 760 hərbçisini itirib

Dünya
 1-01-2023, 13:29     149

Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 106 720 hərbçisini məhv edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiyanın digər döyüş itkiləri 3 031 tank, 6 084 zirehli maşın, 1 792 operativ-taktiki PUA, 2021 artilleriya sistemi, 423 reaktiv yaylım atəşi sistemi, 212 hava hücumundan müdafiə sistemi, 283 təyyarə, 16 gəmi, 269 helikopter, 723 qanadlı raket, 4 720 avtomobil və tanker, 181 xüsusi texnikadan ibarətdir.скачать dle 12.1