Arxiv

Oxunub:38 / 07 dek 10:14idman

Futboldan ömürlük uzaqlaşdırılan Mirhüseyn Seyidov — "Rəhbərlikdən xahiş edirəm ki..."



Futboldan ömürlük uzaqlaşdırılan Mirhüseyn Seyidov — "Rəhbərlikdən xahiş edirəm ki..."













AFFA-nın İntizam Komitəsinin qərarı ilə ömürlük futboldan uzaqlaşdırılmış Mirhüseyn Seyidov apellyasiya şikayəti verəcək.
Bu barədə "Ölkə.Az"a açıqlamasında Seyidov özü məlumat verib:

"Ya bu gün, ya da sabah rəsmi müraciətimiz olacaq. İnanıram ki, barəmizdə ədalətli qərar çıxarılacaq".

Seyidov bildirib ki, futboldan uzaqlaşdırıla biləcəyini düşünmürmüş:

"Bilmirdim ki, ömürlük futboldan uzaqlaşdırılmaq da var. Çünki AFFA-dakı qaydaları bilmirəm. Sadəcə, rəhbərlikdən xahiş edirəm ki, bizi idmana qaytarsınlar".

Qeyd edək ki, "Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə "Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin.