Bia.Az

"Ukraynaya hərbi dəstək sülhə aparan ən sürətli yoldur" - NATO Baş katibi

Dünya
 30-12-2022, 14:26     149

“Ukraynaya hərbi dəstək sülhə aparan ən sürətli yoldur”.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq DPA agentliyinə müsahibəsində deyib.

“Biz bilirik ki, əksər müharibələr danışıqlar masası arxasında başa çatır. Yəqin ki, bu müharibə də həmçinin. Lakin eyni zamanda, bizə aydındır ki, Ukraynanın bu danışıqlarda nəyə nail ola biləcəyi hərbi vəziyyətdən ayrılmaz şəkildə asılıdır. Beləliklə, əgər siz Ukraynanın müstəqil, demokratik dövlət kimi qalibiyyətini təmin edən, danışıqlar vasitəsilə sülhə əsaslanan yolla etmək istəyirsinizsə, buna nail olmağın ən yaxşı yolu Ukraynaya hərbi dəstək verməkdir. Bu, Prezident Putini Ukrayna üzərində nəzarəti ələ keçirmək məqsədinə çatmayacağına inandırmağın yoludur”, - Yens Stoltenberq vurğulayıb.

Ukraynaya hərbi yardımdan danışan Alyansın Baş katibi bildirib ki, müttəfiqlər artıq Ukraynanı uzunmənzilli silah sistemləri, məsələn, HIMARS reaktiv yaylım atəşi sistemləri və uzaqmənzilli artilleriya qurğuları ilə təchiz ediblər: “Pilotsuz təyyarələr və zirehli maşınlar da verilir. Müttəfiqlər və Ukrayna ilə konkret sistemlər üzrə davamlı dialoq var”.

NATO Baş katibi Yens Stoltenberq əlavə edib ki, Prezident Putinin bu müharibə ilə bağlı ümumi məqsədinin dəyişdiyinə dair heç bir işarə yoxdur: “Bu, Ukraynaya nəzarət etmək üçündür. Onlar daha çox yeni qoşunlar səfərbər ediblər. Onların bir çoxu indiyədək təlim keçib. Rusiya ağrılı itkilərə dözməyə hazır olduğunu nümayiş etdirir və daha çox silah-sursat əldə etmək üçün İran da daxil olmaqla digər avtoritar rejimlərə üz tutur. Bu müharibə bitməyib. Müharibələr gözlənilməzdir, lakin biz uzun müddətli və həmçinin yeni rus hücumlarına hazırlaşmalıyıq. Biz Rusiyanı zəif qiymətləndirməməliyik”.скачать dle 12.1