Bia.Az

Bakıda taksi qiymətləri kəskin bahalaşdı

Sosial
 30-12-2022, 14:23     248

Bakıda fəaliyyət göstərən takşi şirkətləri qiymətləri kəskin bahalaşdırıb.

Axar.az xəbər verir ki, artıq iki gündür müxtəlif taksi şirkətləri eyni məsafə üçün gediş haqqını 30-50% artırıb.

Taksi şirkətlərindən saytımıza bildirilib ki, bahalaşma bayramqabağı tələbatın artması ilə bağlıdır. Ənənəvi olaraq bayram ərəfəsində qiymətlər artırılır.

Qiymətlərin yeni ilin ilk günlərində normallaşacağı gözlənilir.скачать dle 12.1