Bia.Az

Ronaldo: "Hüzur içində yat, kral Pele"

İdman
 30-12-2022, 14:12     657

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo əfsanəvi futbolçu Pelenin vəfatı ilə əlaqədar öz İnstaqram hesabənda paylaşım edib.

Qol.az xəbər verir ki,37 yaşlı forvard ötən gün dünyasını dəyişən 82 yaşlı sabiq hücumçu ilə birgə fotolarını izləyiciləri ilə bölüşüb. Ronaldo bu xəbərə görə kədərləndiyini bildirib:

"Bütün Braziliyaya, xüsusilə də Pelenin ailəsinə dərin başsağlığı verirəm. Əbədi kral Peleyə deyilən sadəcə bir "Əlvida" bu kədəri ifadə etməyə kifayət deyil. Milyonlarla insan üçün ilham mənbəyi, dünən, bu gün... Mənə göstərdiyin sevgi uzaqdan da olsa, paylaşdığımız hər anımızda qarşılıqlı olub. Pele əslə unudulmayacaq və xatirəsi bizimlə yaşayacaq. Hüzur içində yat, kral Pele".

Əlavə edək ki, xəstəlik 2021-ci ilin payızında Peledə aşkarlanıb. Bundan sonra o, kimyaterapiyadan keçib, lakin sonradan orqanizm buna cavab verməyi dayandırıb.скачать dle 12.1