Bia.Az

“Yolumuz yalnız istiqlala, üzümüz yalnız Türk Dünyasına doğru olmalıdır” - Əhməd Obalıdan BAYRAM TƏBRİKİ

Siyasət
 30-12-2022, 11:41     175

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Təmsilçisi, Günaz. TV-nin qurucusu Əhməd Obalı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə o taylı bu taylı Azərbaycan xalqını təbrik edib.

Musavat.com xəbər verir ki, təbrikin mətnində deyilir:

"1989-cu ildə uzun illərin həsrətindən cana gəlmiş o taylı-bu taylı xalqımızın 1989-cu ildə aramızdakı tikanlı məftilləri sökməsi ilə tarixə keçən bu möhtəşəm gün ilk öncə 1991-ci ilin 16 noyabrında mərhum prezident Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda, daha sonra isə bütün Azərbaycanda rəsmiələşdirilərək, bayram kimi qeyd edilməyə başladı. 

2002-ci ildə yenə də mərhum prezident Heydər Əliyev tərəfindən yaradılan o zamankı adı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi də məhz bu işin məntiqi davamı idi və bu Komitə xüsusilə son illərdə hörmətli Fuad Muradovun rəhbərliyi altında çox önəmli işlərə imza atmaqdadır.скачать dle 12.1