Bia.Az

Zaxarova: “Əgər İrəvan istəsə, KTMT Ermənistana monitorinq missiyası göndərə bilər”

Siyasət
 29-12-2022, 15:54     164

“Təbii ki, biz həm Ermənistan, həm də Azərbaycanla müttəfiqlik öhdəliklərimizlə bağlı olduğumuzu nəzərə alırıq, ona görə də vasitəçi kimi biz həmişə bu funksiyanı səmərəli yerinə yetirməyə imkan verən mövqe tuturuq”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikri Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Zaxarova bununla Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “indi Rusiya Federasiyasının Ermənistanla yanaşı durmaq vaxtıdır. İrəvan da müttəfiqindən müvafiq addımlar gözləyir. Moskva Ermənistan-Azərbaycan nizamlanmasında İrəvanla müttəfiqlik münasibətlərinə diqqət yetirirmi?” sözlərinə cavab vermiş olub.
“Dediyiniz siyasətçinin konkret nəyi nəzərdə tutduğunu təhlil etmək istəmirəm. Söhbət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına Rusiyanın yardımından gedirdisə, Rusiya burada ən yüksək səviyyədə olan bütün üçtərəfli sazişlər kompleksinə, o cümlədən 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar, 26 noyabr və 1 oktyabr 2022-ci il tarixli bəyanatlara söykənir.  Məhz onlar Bakı ilə İrəvan arasında münasibətlərin həlli prosesinin irəliləməsi üçün etibarlı zəmin yaradırlar. Təbii ki, biz həm Ermənistan, həm də Azərbaycanla müttəfiqlik öhdəliklərimizlə bağlı olduğumuzu nəzərə alırıq, ona görə də vasitəçi kimi biz həmişə bu funksiyanı səmərəli yerinə yetirməyə imkan verən mövqe tuturuq. Və həqiqətən ümid edirəm ki, Ermənistanda insanlar bundan xəbərdardırlar. Söhbət KTMT çərçivəsində öhdəliklərdən gedirsə, əgər İrəvan maraqlı olsa, təşkilata üzv olan bütün digər ölkələr Ermənistana monitorinq missiyası göndərməyə hazır olacaqlar”, - deyə Zaxarova qeyd edib.скачать dle 12.1