Bia.Az

270-dən çox siyasi fəal molla rejimi ilə bağlı bəyanat yaydı

Siyasət
 29-12-2022, 13:59     162

İranın daxilində və xaricində 270-dən çox siyasi və ictimai fəal siyasi məhbusların azad edilməsini tələb edən bəyanat yayıb.

Musavat.com xəbər verir ki, bəyanatda İran hökuməti tərəfindən etirazçılara qarşı geniş repressiya, həbs və edamlar həyata keçirilməsi tənqid edilib və siyasi məhbusların azad edilməsi tələb olunub.

İranın İtaliyadakı səfiri Məhəmmədrza Səburi isə XİN-ə çağırılıb.

Bu barədə İtaliya Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfirə İran hökumətinin etirazçılara qarşı repressiyalarının qəbuledilməz olduğu barədə rəsmi Romanın mövqeyi çatdırılıb.скачать dle 12.1