Arxiv

Oxunub:1136 / 01 dek 07:20sosial, gundem, bolge

Gülağa Hüseynov Samux təhsilini korrupsiyalaşdırıb – Nazirin nəzərinə…



Gülağa Hüseynov Samux təhsilini korrupsiyalaşdırıb – Nazirin nəzərinə…












Ölkənin təhsil sistemində aparılan islahatlar dərinləşdikcə və sürətləndikcə, bu sahədə illərdən bəri yığılıb qalan problemlər də mərhələli şəkildə öz həllini tapır. Həmçinin ölkə rəhbərliyi tərəfindən təhsil sisteminin prioritet sahələrdən biri kimi elan olunması və bu sahənin inkişafını xüsusi diqqət və qayğı ilə əhatə etməsi də, mütərəqqi islahatları sürətləndirən güclü stimullaşdırıcı amillər kimi çıxış etməkdədir. Bununla belə, etiraf olunmalıdır ki, ayrı-ayrılıqda götürülmüş bəzi rayon və bölgələrimizin təhsil sistemləri hələ də ölkə miqyasında gedən proseslərdən sanki təcrid olunmuş formada mövcudluğunu qoruyub-saxlayır. O cümlədən, artıq uzun müddətdir ki, Daxil olan məlumatlarda Samux rayonunun təhsil sistemində də belə bir vəziyyətin bərqərar olduğu bildirilir. Belə ki, müxtəlif mənbələrdən təqdim olunan açıqlamalarda Samux Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin müdiri Gülağa Hüseynovun öz işində yol verdiyi ciddi qanun pozuntularına dair faktlar öz əksini tapmaqdadır.

Mövzuya dair dərc etdiyimiz ötən yazılarda da biz qeyd etmişdik ki, çalışdıqları sahədən asılı olmayaraq, əlləri rüşvətxorluğa vərdiş etmiş məmurlar bu vərdişlərindən elə də asanlıqla əl çəkə bilmirlər. Eləcə də, Samux RTŞ-nin müdiri Gülağa Hüseynovun yarıtmaz fəaliyyəti, öz işində yol verdiyi ciddi qanun pozuntuları və müxtəlif özbaşınalıqları barədə dəfələrlə yerli ictimaiyyət tərəfindən həm Təhsil Nazirliyinə, həm də digər müvafiq qurumlara müraciətlər olunsa da, faktiki olaraq, heç bir nəticə əldə olunmayıb. Rayon ictimaiyyətinin Samuxun təhsil sistemində baş verənlərdən doğan narahatlıqları isə, getdikcə artmaqdadır. Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə, aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Bu barədə bizimdovr.az-a rayondakı mənbələrdən daxil olan məlumatlarda bildirilir ki, Samux təhsili bü gün son dərəcə acınacaqlı vəziyyətdədir. Belə ki, son bir ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb.
Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə, həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Buna görə də dərs zamanı saat 11-dən sonra sinif otaqlarında 2-3 şagirdə rast gəlmək olar. Təbii ki, Gülağa Hüseynov bütün bunlardan xəbərdardır. Lakin bu məsələlərdə onun öz marağı olduğu üçün heç kimi cəzalandırmır. Elə müəllimlər də var ki, il boyu məktəbə ayaq basmırlar. Amma onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Gülağa Hüseynov demək olar ki, məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır.
Həmçinin ötn yazılarda biz göstərmişdik ki, Gülağa Hüseynov tutduğu vəzifədən aui-istifadə edərək öz ailə üzvlərini də “işlə” təmin etməklə məşğuldur. Belə ki, RTŞ müdirinin oğlu İsrafil Hüseynov dövlət qulluğuna girmək üçün müvafiq imtahanlardan kəsildiyi halda rayonun turizm və mədəniyyət şöbəsində mühasib işləyir. Həmçinin Gülağa müəllim hələ bir neçə il əvvəl digər bir oğlunu, Röyal Hüseynovu da RTŞ-yə sürücü vəzifəsinə işə qəbul edib. Lakin Röyal işə bir gün belə olsun çıxmayıb.

Bundan başqa məlumatlarda Gülağa Hüseynovun qazanc məqsədilə yalnız kağız üzərində fəaliyyət göstərən bir neçə məktəb açmasından, özünün yaxın adamlarını həm real, həm də “virtual” məktəblərdə rəhbər vəzifələrə təyin etməsindən, saxta diplomla “müəllimlik” etmək həvəsində olan şəxsləri işlə təmin etməsindən, peşəkar və təcrübəli müəllimləri müxtəlif bəhanələrlə işdən azad edərək öz yaxınlarını eyni zamanda iki məktəbdə işə götürməsindən və digər yolverilməz qanun pozuntularından bəhs edən faktlar da təqdim olunur. Lakin nədənsə, bütün bu özbaşınalıqlar barədə dəfələrlə yuxarı instansiyalara məlumatlar təqdim olunmasına baxmayaraq, Təhsil Nazirliyinin rəhbbərliyi tərəfindən hələ də Samux təhsilinin sağlamlaşdırılması istiqamətində konkret addımlar atılmır. Gülağa Hüseynov isə, bu liberal münasibətdən maksimum yararlanaraq, şəxsi maraqlarını təmin etməkdə davam edir…

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.