Bia.Az

Sabah bu rayonda qaz olmayacaq

Sosial
 29-12-2022, 13:29     253

Sabah Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Yenipress.az-a Aərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus “Qazıməmməd-Qazax” (1-ci xətt) yüksək təzyiqli magistral qaz kəmərində (304,5-ci km-də) görüləcək təmir işləri ilə əlaqədar, dekabrın 30-da saat 10:00-dan işlər başa çatanadək “Şəmkir-1 Əhali”, “Şəmkir-2 Sənaye” , “Əliyaqublu 1 və 2”, “Çinarlı əhali” və “Çinarlı Sənaye” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.скачать dle 12.1