Bia.Az

Sovet dövrünün müəllimləri işdən çıxarılacaq? - “Onların əksəriyyəti...”

Cəmiyyət
 28-12-2022, 11:23     218

“Hazırda ölkənin 4432 orta təhsil müəəssisələrində 151 min müəllim çalışır. Onların 40% -ə qədərinin yaşı demək olar ki, 45-dən yuxarıdır. Yaşı 64-65 olan müəllimlərimizin sayı isə 14 minə yaxındır".

 Bunu Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, yaşlı kadrların təhsilin keyfiyyətinə mənfi təsir etməsi barədə iddialara cavab verib. Son vaxtlar onların təhsil sistemindən uzaqlaşdırılması barədə çağırışlar səslənir. Ahıl müəllimlərin müasir tələblərə cavab vermədiyinə eyhamlar vurulur. Elm və təhsil naziri Emin Əmrullayev də MDB dövlətlərində sovet döbründə təhsil almış müəllimlərin işdən çıxarılnasını xatırlatmışdı.

Kamran Əsədov buna belə münasibət bildirib:“Yaşlı kadrların dərs keçdiyi şagirdlərin sayı ümumi statistikanın 55%-ini təşkil edir. Əhatə dairəsinə əsasən qiymətləndirsək, yaşlı kadrların dərs dediyi uşaqların sayı cavan nəsilə nisbətən çoxdur.

Məşhur bir atalar sözü var: “Ağıl yaşda deyil başdadır”. Yaşı yuxarı olan yetərincə kadrlarımız var ki, cavanlara baxanda dərs prosesin olduqca yaxşı idarə edə bilirlər. Doğrudur, 75 yaşdan yuxarı müəllimlərimizin əksəriyyəti təhsil prosesində maneələr törədə bilər.

Olimpiyadalara nəzər yetirsək görərik ki, uğur qazanan şagirdlərin çoxu yaşlı kadrların yetirməsidir. Elə gənc müəllimlərimizdə var ki, onlar təhsil səviyyəsin xarici ölkələrdə daha da təkmilləşdirərək uğur əldə ediblər.

İstər MİQ (Müəllimlərin İşə Qəbulu), istərsə də sertifikasiya imtahanlarına nəzər yetirsək, görərik ki, gənc müəllimlərimiz yaşlılardan daha çox uğur əldə etmək imkanına malikdir. Şagirdlərin nailiyyətlərinə baxdıqda isə bu tam əksinədir”.

Kamran Əsədov sonda qeyd edib ki, pedaqoji praktikada müəllimlərin ən kamil dövrü 35-55 yaş aralığında olmalıdır.


скачать dle 12.1