Bia.Az

Bu universitetin tələbələri işlə təmin olunacaqlar

Cəmiyyət
 28-12-2022, 11:02     214

Azərbaycan Tibb Universitetində təhsil alan III, IV, V və VI kurs tələbələri TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunacaq.

Bu barədə Axar.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) və Azərbaycan Tibb Universiteti (ATU) arasında birgə əməkdaşlığa başlanılıb. Əməkdaşlıq çərçivəsində ölkədə kadr hazırlığı prosesinə dəstək, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması və tələbələrin iş mühiti ilə tanışlığına şərait yaratmaq kimi məsələlər nəzərdə tutulub.

Bu gün TƏBİB-in tabeliyindəki “Yeni klinika” tibb müəssisəsində Azərbaycan Tibb Universitetində təhsil alan III, IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunmaları ilə bağlı görüş keçirilib.

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova ilk olaraq iştirakçıları salamlayıb və TƏBİB haqqında ətraflı məlumat verib.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov bildirib ki, cari ilin ötən müddəti ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə 12 min 440 işçi işə qəbul olunub:

“Tibb müəssisələrində çalışan işçilərin sayı 97 min 215 nəfərdir. Onların 16 min 381 nəfəri həkim, 38 min 949 nəfəri orta tibb işçisi, 22 min 608 nəfəri kiçik tibb işçisidir”.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.скачать dle 12.1