Bia.Az

Şəmkirdə ƏCAİB-QƏRAİB İŞLƏR… – Gənc başçı ÖZBAŞINA QALIB?

Bölgə
 27-12-2022, 13:28     1 158

Bir il əvvəl, yəni 2021-ci ilin sentyabr ayında Rəşad Tağıyev Şəmkir rayonuna icra başçısı təyin olunanda çoxları düşünürdü ki, rayonda illərlə yığılıb qalan problemlər tezliklə həll olunacaq.

Məlumat üçün qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində “Korporativ hüquq” üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib. 2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Yəni tərcümeyi-halının cəlbedici olması insanlara ümid verirdi ki, yeni icra başçısı tezliklər rayonda müsbət dönüş yaradacaq. Amma Rəşad Tağıyevi yaxından tanıyanlar bilirdi ki, Bakı Şəhər Təhsil İdarəsində çalışanda məktəb direktorlarının təyinatını özü üçün gəlirli biznesə çevirmişdi.
Bəli, Rəşad Tağıyev icra başçısı kimi Şəmkirdə ilk fəaliyyətinə “zibilxanadan” başladı. Belə ki, el arasında “zibil idarəsi” deyilən, Rayon Kommunal Müəssisələr Kombinatının rəisi Teymur Hacıyevi vəzifəsindən azad elədi. Və uzaq Bakı şəhərindən Kombinata rəis dəvət elədi. Doğrudan da, təəccüblü idi. Məgər Şəmkir boyda rayonda bir təhsilli kadr yoxdurmu ki, təzə başçıs Bakıdan kadro gətirir, özü də “zibixana” üçün. Bəli, yeni icra başçısı hətta Bakıdan dəvət elədiyi Alişan Yusibovu özü şəxsən Kombinatın kollektivinə təqdim edib. Görəsən maaşı 340 manat olan vəzifəyə Bakıdan gələn rəis nə məqsədlə gəlib..? İcra başçısı bilir ki, bu adi qurum olsa da, Kombinata kifayət qədər dövlət vəsaiti ayrılır.
Rəşad Tağıyev rayondakı köhnə, rüşvətə bulaşmış vəzifə sahibləri ilə birləşərək rayonu idarə etməyə başladı. Bir ildən çoxdur ki, icra başçısı olan Rəşad Tağıyev Şəmkir camaatının ümidlərini doğrultmur. Təsəvvür edin ki, rayondakı fermerlər, iş adamları, kənd sakinləri öz əkin-biçin sahələrini, hətta mal-qaranı suvarmağa su tapmırlar və əkilən məhsullar məhv olur. Kəndlilər ma-qaranı sulamaq üçün hətta pul verib maşınla su alırlar. Şəmkirin tarixində belə hal olmayıb. Bütün bunlara görə, Şəmkirin icra başçısı bir tədbir görmür. Əksinə Şəmkir Suvarma Sistemləri İdarəsini rəisi Tahir Xəlilova havadarlıq edir. Bir sözlə, Şəmkirdə ZİBİL dizə çıxıb, SU isə tapılmır.
Deyəsən, bu gedişlə, cənab icra başçısı Rəşad Tağıyev möhtərəm Prezidentin etimadını da itirəcək. //NUH.AZскачать dle 12.1