Bia.Az

Siyavuş Novruzov: “Təhsilin nə qədər pilləsi olar?”

Siyasət
 27-12-2022, 13:16     203

Milli Məclisdə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev layihə barədə məlumat verdi.

Komitə sədri Siyavuş Novruzov çıxışında bildirdi ki, B.Əliyevin Təhsil haqqında qanuna yenidən baxılması ilə bağlı təklifini müdafiə edir: “Mən bunun tərəfdarıyam”-deyən deputat bildirdi ki, 14 illik müzakirədən sonra qəbul olunan qanun yenidən müzakirəyə çıxarılmalıdır. S.Novruzovun sözlərinə görə, o zaman təhsil nazirinin, rektorların arzu-istəklərini yığdılar qanunun içərisinə. “Təhsilin nə qədər pilləsi olar? Bakalavr, magistratura, aspirantura, doktorantura... Dünyanın hər yerində bir pilləli müdafiə sistemi var, bizdə bir neçə pilləli müdafiə sistemidir”.
S.Novruzov qeyd etdi ki, bunlar azmış kimi, Ali Attestasiya Komissiyası adlı əlavə sistem də yaradıldı: “Bir adam dörd dəfə kafedrada müdafiə edir, 60 alimin iştirakı ilə. Sonra onu göndərirlər Ali Attestasiyaya göndərilir, orda bir nəfər deyir “bu, plagiatdır” və 70-ədək alimin rəyi qalır bir kənarda, bir nəfərin dediyi üstün olur. Müdafiə məsələləri də universitetlərə verilməlidir”.

Komitə sədri dedi ki, onun Ali Attestasiya Komissiyası ilə hər hansı problemi yoxdur, sadəcə bu məsələ ilə bağlı narahatlığını ifadə etməyi zəruri sayır.скачать dle 12.1