Bia.Az

Xankəndidə keçirilən aksiyada əslində neçə nəfər iştirak edib? Erməni mənbələr 70 min deyir

Siyasət
 26-12-2022, 01:07     165

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər Xankəndi şəhərində mitinq keçiriblər. Erməni mənbələri “izdihamlı mitinq” adı verdikləri aksiyaya 70 min insanın gəldiyi məlumatını yayıblar.

Faktyoxla Lab. bu məlumatın səhihliyini yoxlayıb.

Açıq meydanda toplaşan insan kütləsinin sayını hesablamaq üçün “Mapcheking”əlavəsinə Xankəndidəki “Dirçəliş” meydanında keçirilən aksiyanın konturlarını əlavə edirik. Əldə edilən foto və videolar əsasında meydanın sağ və sol kənarlarında əhali sığlığının çox aşağı olduğunu (hər kv. metrə 0,7 nəfər), 220 metr uzunluğu, 7 metr eni olan parçanı və tirbunanın qarşısındakı boşluğu nəzərə alıb, hər kv.metrə orta hesabla 2 nəfərin düşdüyünü əsas götürərək məlumatları “mapcheking” əlavəsinə daxil edirik. Nəticə 17581 nəfər göstərir.
Yeri gəlmişkən, bu faktların hamısı erməni mənbələrindən götürdüyünü bir daha qeyd edirik.
5ee0fc6750468a5c07b68239618a87b51671996968-photo.jpg (174 KB)
0c17904d88015c365604e25f2e3852e11671996912.jpg (257 KB)
Beləliklə, 25 dekabr 2022-ci ildə Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi şəhərində ermənilərin keçirdikləri mitinqdə 70 min deyil,17 min 581 nəfər toplaşıb. Erməni mənbələrinin məlumatında rəqəmlər dəfələrlə şişirdilib.скачать dle 12.1