Bia.Az

Mədəniyyət Nazirliyi ləğv olunmalıdır! – Təklif

Şou
 25-12-2022, 15:17     364

“Mədəniyyət üzrə icra hakimiyyəti nazirlik statusundan çıxarılıb, agentlik kimi fəaliyyət göstərsə daha effektiv olar”. 

BİA.az xəbər verir ki, bu təşəbbüslə tanınmış journalist Elçin Əlibəyli çıxış edib.

O, bildirib ki, inzibati-amirlik sistemindən daha çox, menecerlik və prodüserlik işinin təşkilinə ehtiyac var:

“Bu qurum mədəniyyət immuniteti probleminin həlli, müəssisələrin işinin təşkilini həyata keçirməlidir. Yerli mədəniyyət strukturlarının isə bələdiyyə idarəçiliyinə verilməsi daha doğru olar.

Bakı şəhərinin bələdiyyəsi yoxdur, amma Bələdiyyə teatrı var, yerlərdə bələdiyyə var, amma bir müəssisə onların tabeliyində deyil. Mədəniyyət müəssisələri muxtariyyət əldə etməklə, həm də rəqabət mühitinə fəal qoşulmaqla müasirləşməni əldə edə bilər. Əks halda işləməyən, fəaliyyətsiz, nimdaş sistem mədəniyyətə yox, məmur cibinə işləyəcəkdir”.

E. Əlibəyli onu da əlavə edib ki, sovet dönəmində yüksək vəzifəli məmurların heç də hamısı “ictimai-siyasi xadim” kimi təqdim oluna bilməz:
“Onların çoxunun fəaliyyətində milli maraqlara zidd işlər olub. Xüsusən də 1985-91-ci illərdə. Amma bu odda yanmaz, suda batmaz məmurları indi dövlət adamı kimi təqdim edib, “irsini” davam etdirənlər var. Düşünmək lazımdır!”.скачать dle 12.1