Arxiv

Oxunub:127 / 27 noy 09:38gundem, tedbirler

Aygün Bəylər Mehriban Əliyevaya muğam dəstgahı həsr etdi — "Mehribani" - EKSKLÜZİV



Aygün Bəylər Mehriban Əliyevaya muğam dəstgahı həsr etdi — "Mehribani" - EKSKLÜZİV














Tanınmış xanəndə, əməkdar artist Aygün Bəylər muğam dəstgahı yazır.
Xanəndə "Ölkə.Az"a eksklüziv açıqlamasında bildirib ki, muğam dəstgahını musiqi aləmi adından Birinci Vitse-prezident Mehriban Əliyevaya ithaf edəcək:

"Yeni dəstgah və muğam yazıram. Bu işə neçə illərdir başlamaq istəyirdim. Vasif Adıgözəlov, Tofiq Quliyev kimi sənətkarların yanında böyümüşəm. Bu gün də onların böyüklüyünə, dəstəyinə çox ehtiyacım var. Onlar yoxdular, bir az sıxılıram ki nəsə ortalığa çıxardaram, istədiyim kimi alınmaz.Bunu sürpriz saxlamaq istəyirdim, amma soruşdunuz deyirəm. Bir musiqiçi, sənətçi kimi muğamımızı dünyada birinci yerdə hesab edirəm. Mehriban xanım Əliyevaya minnətdarlıq əlaqəmi olaraq, sənətçilərin, musiqi aləminin adından o xanıma qəlbimizin səsini çatdırmaq istədim. Dəstgahın adı "Mehribani"dir və simfonik orkestrlə yazılacaq. Yeni başlamışam".

Xanəndə bildirib ki, "Mehribani"ni ilin sonuna qədər tamaşaçılara təqdim edəcək.
Aygün Bəylər Mehriban Əliyevaya muğam dəstgahı həsr etdi — "Mehribani" - EKSKLÜZİV