Bia.Az

Volodindən ölkəni tərk edən ruslarla bağlı qeyri-adi TƏKLİF

Dünya
 25-12-2022, 13:48     179

“Ölkəni tərk edən ruslar üçün güzəştləri ləğv etmək və onlar üçün artırılmış vergi dərəcəsini tətbiq etmək lazımdır”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Teleqram kanalında bildirib.

Onun sözlərinə görə , Rusiyanı tərk etmiş sakinlərə güzəştlərin verilməsi düzgün deyil: “Onların niyə qaçdıqları tamamilə başa düşüləndir. Səhv etdiyini başa düşən artıq geri qayıdıb. Qalanları başa düşməlidir: cəmiyyətin böyük əksəriyyəti onların hərəkətini dəstəkləmir - onlar öz ölkələrinə, qohumlarına və dostlarına xəyanət etdiklərinə inanırlar”, – spiker qeyd edib.

Volodin əlavə edib ki, bu gün gedənlər nəinki Rusiya şirkətlərində distant işləməyə davam edirlər, həm də ölkə qanunvericiliyinə uyğun olaraq onlara verilən bütün güzəştlərdən istifadə edirlər. Spiker hesab edir ki, ölkəni tərk edən ruslara verilən üstünlüklərin ləğvi və onlar üçün vergilərin artırılması ədalətli qərar olardı. “Biz qanunvericiliyə müvafiq dəyişikliklər üzərində işləyirik”, - deyə o, yekunlaşdırıb.скачать dle 12.1