Pekinin yarısı koronavirusa yoluxdu
Təkcə dekabr ayında Pekin sakinlərinin təxminən yarısı COVİD-19-a yoluxub.
Yenipress.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.
Məlumata görə, yoluxmanın ən pik həddi dekabrın 17-də olub. Bildirilib ki, artıq paytaxt əhalisinin 48.4 faizi dekabr ayında koronavirusa yoluxub.
Bundan başqa, Baodin, Şanxay, Şençjen və Quançjouda yoluxanların sayı sürətlə artıb.