Bia.Az

“Sədərək” bazarında partlayıcı vasitələr SATILIR - VİDEO/FOTO

Fakt
 25-12-2022, 13:03     261

Yeni il yaxınlaşır. Ancaq bəzi vəzifəli şəxslər belə yeni ildən yararlanmaq fürsətini əldən buraxmaq niyyətindən əl cəkmək istəmirlər. Belə ki, ölkəyə müxtəlif yollarla keçirilən pirotexniki vasitələrinin satışının hələ də davam etdiyinin şahidi oluruq.

Qaynarxett.az-ın məlumatına görə hazırda paytaxtın Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində pirotexniki vasitələrin satışı açıq şəkildə həyata keçirilir. Partlayıcıların qiyməti isə heç də ucuz deyil. Əməkdaşımız dünən sözügedən bazarda müşahidə aparıb və bəzi satıcılarla müştəri qismində söhbət edib.
 
Qiymətlərin baha olmasına aydınlıq gətirən satıcılar buna səbəb kimi kimlərəsə “haqq” vermələri ilə izah ediblər. “Bunun gömrüyü var, mühafizəcisi, polisi var... Biz də baha alırıq, üstünə 5-10 qəpik qoyub satırıq” – deyə satıcılardan biri deyib.
 
Maraqlıdır ki, satıcılar hətta satışı qadağan olunmasına baxmayaraq “zırpaket” deyə müştəri çağırmaqdan da çəkinməyiblər.
 
Görəsən "Sədərək"dəki bu qanusuzluqdan “Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimov və Mühafisə xidmətinin rəisi Vaqif müəllimin xəbəri varmı?.

 Qeyd edək ki, əməkdaşımız bu qanunsuzluq barədə Mühafisə xidmətinin rəisi Vaqif müəllimlə telefon və WhatsAppla əlaqə saxlamaga calışa da qarşı tərəfdən hec bir cavab almayıb.

ARDI OLACAQ...

Qaynarxett.az sözügedən bazarda pirotexniki vasitələrinin satıldığını əks etdirən video və şəkilləri təqdim edir:






скачать dle 12.1