Bia.Az

“Bizi öyrətməyə heç kimin cürəti çatmaz” - Türkiyə Çinə yerini göstərdi

Dünya
 25-12-2022, 02:49     199

Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Firidun Sinirlioğlu Çinin daimi nümayəndəsinin Türkiyənin ünvanına (Suriyada antiterror əməliyyatı keçirmək barədə) yönəlik ittihamlarına sərt cavab verib.

Bu barədə “TRT Nyus” agentliyi xəbər verib.

ÇXR BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuan BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək, Türkiyəni «Suriyanın şimalına çoxsaylı aviazərbələr və artilleriya atəşləri endirməyi», quru əməliyyatları ilə təhdid etməyi və bu «təcavüzü» dərhal dayandırmağa çağırıb.

Bunun cavabında daimi nümayəndə Sinirlioğlu bəyan edib ki, heç bir ölkənin Türkiyəni öyrətmək hüququ yoxdur ki, terrorla necə mübarizə aparmaq lazımdır: «Biz, bizləri öyrətməyə hesablanmış bəyanatları qəbul etmirik ki, öz xalqımızı və öz sərhədlərimizi müdafiə etməkdə bizə nəyi etməli və nəyi etməməli olduğumuzu öyrətsinlər».

Türkiyəli diplomat eyni zamanda əlavə edib ki, Ankaranın terrorçuluqla mübarizədə qətiyyəti «yenilməzdir» və onun ölkəsi xalqın və sərhədlərin təhlükəsizliyinin təmin edilməsində lazım olan tədbirləri görməkdə davam edəcək./AzPolitika.infoскачать dle 12.1