Bia.Az

“MOSSAD” RƏHBƏRİNDƏN İRAN MESAJI – “Rusiyaya qabaqcıl silahlar göndərməyə hazırlaşır”

Dünya
 24-12-2022, 16:38     177

İsrail xarici kəşfiyyatı idarəsi “Mossad”ın rəhbəri David Barnea bəyan edib ki, İran Rusiyaya qabaqcıl silahların göndərilməsini genişləndirməyə hazırlaşır. 

“Rusiyanı qabaqcıl silah sistemləri ilə təmin etmək üçün Tehranın geniş planları var. Ancaq Tehran bu fəaliyyətini tam məxfilik şəraitində həyata keçirməyə çalışır”, - o qeyd edib.

“Mossad”ın rəhbəri İranın nüvə silahı əldə etmək cəhdlərini də davam etdirdiyini qeyd edib. David Barnea bildirib ki, İsrail Tehranın nüvə silahı əldə etməməsi üçün lazım olan hər şeyi edəcək. “Mossad” rəhbəri xəbərdarlıq edib ki, İranın teokratik rejimi bütün dünyada terror aktları törətmək cəhdlərini gücləndirir.

Politoloq Xəqani Cəfərli “Mossad” şefinin açıqlamasını dəyərləndirərəkən bildirib ki, David Barnea çox nadir hallarda mətbuata açıqlamalarla çıxış edir, deməli, onun bu bəyanatı təsirsiz qalmayacaq. “Rusiyanın da maraqlarına toxunan çıxışları “Mossad” rəhbərləri bir qayda olaraq özlərinə rəva bilməyiblər. “Mossad”ın və bütövlükdə İsrailin rəhbərliyi Moskvanı qıcıqlandıran açıqlamalardan daima çəkinib. Əgər David Barnea bu gün bu açıqlama ilə çıxış edirsə, deməli, dünya çox dəyişib və daha böyük dəyişikliklərin də ərəfəsindədir”,-politoloq vurğulayıb./“AzPolitika.info”/скачать dle 12.1