Bia.Az

Bakı, Moskva, Paris... Ermənistanı futbol topu kimi oynatdılar - Erməni ekspert

Dünya
 24-12-2022, 15:54     158

“Dünən gecə Ermənistan futbol topu idi, kim hara ve necə istəyirsə, onu vururdu. Dünən gecə bizə Moskvadan, Bakıdan, Parisdən dedilər ki, belə davam etsəniz, pis olar. Dünən gecə bizi alçaltdılar, hədələdilər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Alternativ layihələr” araşdırma qrupunun eksperti Vahe Ovannnisyan yazıb.

“Ötən gecə Lavrov bizi danışıqlardan yayınmaqda ittiham edir, biz (ermənilər-red.) isə sakit yaşamağa davam edirik. Dünən gecə Lavrov açıq şəkildə bildirdi ki, Rusiya sülhməramlılarını geri çəkə bilər, biz səssiz dayanmışıq. Əliyev dünən axşam Makrona bildirib ki, Ermənistan 8 Azərbaycan kəndini işğal altında saxlamaqda davam edir. Yenə də heç nə etmirik və heç bir nəticə çıxarmırıq. Bunun səbəbi bəllidir:

"Ermənistanın gücü birtərəfli qərarlar qəbul edən və heç kimə hesab verməyənn Bir şəxsdən ibarətdir. O, xalqı, cəmiyyəti, dövlət institutlarını vecinə almır. Bu başqa bir fəlakətə səbəb olacaq. Birtərəfli qərarlar yüksək kobud səhv riskini ehtiva edir. Bir şəxs bütün dövlətin gələcəyinin taleyini həll edir. Bu son dərəcə kəskin problemdir. Biz bomba üzərində oturmuş bir ölkəyik”, - deyə, Ovannisyan yazıb.скачать dle 12.1