Bia.Az

“BİRLƏŞMİŞ AZƏRBAYCAN BÖYÜK GÜCƏ ÇEVRİLƏCƏK” – ABŞ mətbuatı Azərbaycanın birləşməsi perspektivlərindən yazıb

Gündəm
 24-12-2022, 12:45     279

ABŞ-ın geniş oxucu kütləsinə malik nüfuzlu “Frontpage Magazine” jurnalında “Quzey və Güney Azərbaycan birləşməlimi?” sərlövhəli məqalə dərc olunub.
Tanınmış israilli poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilir ki, İranda davam edən etirazlara paralel olaraq tarixən eyni millətin vətənini təşkil edən Quzey və Güney Azərbaycanın birləşməsi çağırışları güclənib. XIX əsrin əvvəllərində 1804-1813 və 1826-1828-ci illər Rusiya-İran müharibələri nəticəsində Azərbaycan parçalanıb. Azərbaycan Gülüstan və Türkmənçay müqavilələrinə əsasən bölündükdən sonra Quzey Azərbaycan rus müstəmləkəçiliyindən müstəqilliyə doğru yol keçib, Güney Azərbaycan isə İran hakimiyyəti altında yaşamağa davam edib.
Qeyd olunub ki, Azərbaycan dövləti güclənir, o cümlədən Türkiyə-Azərbaycan, Türkiyə-İsrail münasibətləri inkişaf edir. Türkiyə təkcə İsraillə deyil, ərəb dünyası ilə də münasibətlərini bərpa edir. İndi İranın Türkiyə, ərəb dünyası və İsraillə daha çox problemləri var. Regional olaraq İran problem içindədir. İran cəmiyyətində bütün etnik qruplar öz hüquqları uğrunda mübarizə aparır. Ona görə də İrana qarşı cəbhə getdikcə böyüyür. Güney azərbaycanlılar beynəlxalq və regional şəraiti nəzərə alaraq özləri üçün milli hökumətin yaradılmasını tələb edirlər. İsrailli politoloq yaranmış vəziyyətin İrandan tam müstəqillik tələb etmək üçün bir fürsət olduğu qənaətindədir.

Məqalədə GünAz TV-nin rəhbəri Əhməd Obalının da fikirlərinə yer verilib: “Azərbaycanın quzeyindəki və güneyindəki xalq eyni xalqdır. Biz 1828-ci ildə Qacardövlətinin Rusiya ilə müharibəsi nəticəsində parçalansaq da, eyni mədəniyyətə, torpağa sahibik. Müstəqillikdən sonra xalq yenidən birləşməyə doğru hərəkət edəcək. Bu, vaxt aparacaq, amma olacaq. Güney Azərbaycanda torpaqlarımızın Qarabağ kimi işğal olunduğunu hiss edirik. Burada bir millətə məxsusluğun bütün hissiyyatı var. Müstəqillikdən sonra yenidən birləşməyi səbirsizliklə gözləməyimiz an məsələsidir. Müstəqilliyin on ili ərzində biz yenidən birləşməyə doğru irəliləyə bilərik”.
Müəllifin fikrincə, Güney Azərbaycan müstəqil olan kimi İran hökumətinin gücü yarıya enəcək. Molla rejimi başqa ölkələrin daxili işlərinə qarışa, azərbaycanlıları Qərb dəyərlərindən uzaqlaşdıra bilməyəcək. Güney Azərbaycanın müstəqilliyi Avropadan Türkiyəyə, Orta Asiyaya, Çinlə sərhədə qədər geniş quru dəhlizi yaradacaq. İran, Ermənistan və Gürcüstan bu yolu bağlayıb, amma Güney Azərbaycan müstəqil olarsa, bu yol açıq olacaq. Birləşmiş Azərbaycan gələcəkdə Türkiyə və İsraillə birlikdə bölgədə böyük gücə çevriləcək.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.frontpagemag.com/bye-bye-to-russia-in-the-caucuses/
azpolitika.infoскачать dle 12.1