Bia.Az

"Ermənistan hakimiyyəti ziddiyyətli siyasət yürüdür" - Qeqam Manukyan

Siyasət
 24-12-2022, 12:31     167

“Məlumat o qədər ziddiyyətli və fraqmentlidir ki, mövqe bildirmək çətindir. Nəzərə almaq lazımdır ki, yaxın vaxtlarda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti baş tutacaq və mən bilmirəm, orada nə kimi sürprizlər olacaq…”.

Konkret.az xəbər verir ki, bu fikri Ermənistanın müxalifət blokundan olan deputatı Qeqam Manukyan ölkəsinin xarici işlər naziri Ararat Mirzoyanın Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvada keçirilməsi planlaşdırılan üçtərəfli görüşündə iştirak etməməsinə münasibət bildirərəkən səsləndirib.

O, bildirib ki, Ermənistan hakimiyyəti ziddiyyətli siyasət yürütməkdə davam edir:

“Adamda belə bir təəssürat yaranır ki, o, işləmək əvəzinə ictimaiyyəti çaşdırır, ictimai narazılıq oxunu Rusiyaya, sülhməramlılara yönəldir”, – deyə müxalifətçi fikrini yekunlaşdırıb.скачать dle 12.1