Bia.Az

İran Zelenskini hədələyib - ABŞ Konqresindəki çıxışına görə...

Dünya
 24-12-2022, 01:29     184

Zelenskinin bu ölkəni Rusiyanın Ukraynaya qarşı genosid müharibəsinin müttəfiqi adlandırması İranın "xoşuna gəlməyib".

İran Xarici işlər Nazirliyində Prezident Volodimir Zelenskinin ABŞ Konqresindəki çıxışından narazı qalıblar, çünki o, İranın və Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədəki ittifaqını dayandırmağa çağırıb.

Bu barədə İran XİN bəyanatında deyilir («UNİAN»).

Xüsusilə, İran XİN nümayəndəsi Nasser Kanaani İslam Respublikasına qarşı ABŞ Konqresinin iclasında edilən «kobud iradı və ittihamları» pisləyib. Kanaani deyib ki, dron məsələsində İran dəfələrlə «əsassız ittihamlara» reaksiya verib və yenidən qeyd edib ki, «İran İslam Respublikası Ukraynaya qarşı müharibədə heç bir tərəfi heç bir silahla təmin etməyib».

O, bəyan edib ki, İran həmişə bütün ölkələrin ərazi bütövlüyünü, o cümlədən, Ukraynanın ərazi bütövlüyünü qeyd edib və Zelenski bilməlidir ki, İranın strateji səbri belə əsassız ittihamlara qarşı sonsuz deyil./AzPolitika.infoскачать dle 12.1