Bia.Az

Putin dekabrın 16-da harada olub? - ŞOK TƏFƏRRÜAT

Dünya
 24-12-2022, 01:23     140

Rusiya prezidenti Vladimir Putinin dekabrın 16-da "xüsusi hərbi əməliyyat” (XHƏ - Rusiyada Ukraynaya qarşı başladılan işğalçı savaşa verilən ad - red.) zonasında iştirak edən ordu qərargahına səfərinin videosu əslində Cənub Hərbi Dairəsinin Rostovdakı qərargahında lentə alınıb.
Aktual.az xəbər verir ki, "agentstvo” saytı kadrlardakı fotoşəkilləri müqayisə edərək belə bir nəticəyə gəlib.
Məsələ burasındadır ki, noyabrın əvvəlində eyni yerdə müdafiə naziri Sergey Şoyqu qoşunların komanda məntəqəsinə baxış keçirərkən lentə alınıb.
Qeyd edək ki, daha əvvəl Kreml Putinin dekabrın 16-da bütün gününü Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edən Hərbi Bölmələrin Birgə Qərargahında keçirdiyi barədə məlumat vermişdi. Foto və videolarda Putinlə yanaşı, müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və Ukrayna ilə müharibədə Birləşmiş Qüvvələr Qrupunun komandanı Sergey Surovikin də görünür. Lakin Kreml prezidentin hərbçilərlə dəqiq harada görüşdüyünü açıqlamayıb.
Dekabrın 20-də Dövlət Dumasının "Vahid Rusiya”dan olan deputatı, istefada olan general-leytenant Andrey Qurulyov Vladimir Solovyovun "Polnıy kontakt” proqramında Putinin "xüsusi hərbi əməliyyat zonasında olduğunu” deyib.
Prezidentin mətbuat katibi Dmitri Peskov isə "Rossiyskaya qazeta”ya verdiyi müsahibədə deputatın sözlərinə belə cavab verib: "Əgər o, Putinin qərargahda olduğunu nəzərdə tutursa, onda bəli”. Peskov başqa izahat verməyib. Daha sonra "Rossiyskaya qazeta” Peskovun şərhini "Kreml Putinin "XHƏ” zonasına səfərini təsdiqlədi” başlığı ilə dərc edib.
Maraqlıdır ki, bu "ziyarət” Ukrayna prezidenti Vladimir Zelenskinin həftələrdir şiddətli döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhərinə elan olunmamış səfərindən bir neçə saat sonraya təsadüf edib.
Putinin harada olduğunu birmənalı müəyyən etmək mümkün deyil. Adətən Rusiya hakimiyyəti "xüsusi əməliyyat zonası” dedikdə işğal edilmiş Krım istisna olmaqla, Ukrayna ərazisini nəzərdə tutur. Yəni əslində rəsmi olaraq Vladimir Putin heç vaxt döyüş bölgəsinə getməyib.(musavat)скачать dle 12.1