Bia.Az

Mirzoyan fransalı həmkarı ilə zəngləşdi və sərsəmlədi

Dünya
 24-12-2022, 01:20     154

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ATƏT-in keçmiş “Minsk qrupu”nun “fransalı həmsədri” Bris Rokefay arasında telefon danışığı olub.

Musavat.com bu haqda erməni mediasına istinadən xəbər verir.

Bildirilir ku, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələlərini, eləcə də Qarabağ nizamlanması məsələlərini müzakirə ediblər.

Mirzoyan fransalı diplomatı Laçın yolunun guya “blokadaya alınması” nəticəsində Qarabağda yaranmış vəziyyət barədə məlumatlandırıb.
Ermənistan xarici işlər naziri vurğulayıb ki, beynəlxalq ictimaiyyət təsirli tədbirlər görməlidir. O, iddia edib ki, beynəlxalq aləm “Azərbaycanı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl etməyə və Laçın dəhlizinin blokunu qeyd-şərtsiz açmağa məcbur etməlidir”. Mirzoyan mövcud humanitar vəziyyəti qiymətləndirmək üçün Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinin vacibliyini qeyd edib.

Erməni həyasızlığı sərhəd tanımır göründüyü kimi. Öhdəliklərini yerinə yetirməyən, elə ötən gün üçtərəfli görüşdən imtina edən Mirzoyan Azərbaycanı ittiham edir. Üstəlik, Azərbaycan ərazisinə faktaraşdırıcı missiya çağırır sərsəmcəsinə…скачать dle 12.1