Bia.Az

Şarl Mişel: “Aİ Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi üzərində işləyir”

Dünya
 24-12-2022, 01:18     150

Avropa İttifaqı sanksiyalar ilə dondurulmuş Rusiya aktivlərinin müsadirəsi və onların Ukraynanın bərpası məqsədilə istiqamətləndirilməsi üçün hüquqi baza üzərində işləyir.

Bunu Avropa Şurasının prezidenti Şarl Mişel jurnalist Aleksey Venediktov ilə cümə günü RTVI “YouTube” kanalında yayımlanan müsahibəsində deyib.

“Həm Avropa Şurası, həm də Avropa Komissiyası qanuni olaraq Aİ-yə üzv dövlətlər üçün hüquqi variantları müəyyən etmək məqsədilə təlimtlar hazırlayıblar. Bu vəsait Ukraynanı bərpa etmək üçün istifadə oluna bilər”, - deyə Mişel bəyan edib.

Avropa İttifaqı Şurasının prezidenti həmçinin qeyd edib ki, Ukraynanın bərpası üçün lazımi vəsait hər gün artır.

“Mütəxəssislər bunun üçün zəruri olan 350-500 milyard avro arasında bir məbləğdən danışırlar”, - deyə Mişel əlavə edib.

Qeyd edək ki, Aİ Rusiyanın 19 milyard avroluq biznes aktivlərini və Rusiya Federasiyası Mərkəzi Bankının 300 milyard avroya qədər aktivlərini dondurub.//Oxu.azскачать dle 12.1