Bia.Az

Tahir Kərimlidən həyəcanlı çağırış: “Yalvarıram...”

Siyasət
 23-12-2022, 14:44     174

Milli Məclisin iclasında söz alan deputat Tahir Kərimli autizm xəstələrinin üzləşdiyi problemlərindən bəhs etdi. MM üzvü bildirdi ki, autizm xəstələri üçün xüsusi binanın tikilməsinə zərurət var:


 “Autizm xəstələrinin reabilitasiya mərkəzinin 8 ildir bina ilə təmin etmək üçün müraciət etmədiyi ünvan qalmayıb. Amma onlaırn müraciəti cavabsız qalıb. Axı, belə ola bilməz! Mən autizm xəstələrinin hansı çətinliklərini görməsəydim, onu ürəkağrısı ilə burada qaldırmazdım. Ağsuda ana öz övladını evdə kəndirlə otaqda bağlı vəziyyətdə saxlayır! Autizm xəstələrinin analarının göz yaşlarını görmək dəhşətdir. Bu xəstələrin reablitasiyası üçün xüsusi bina lazımdır”.


Göz yaşlarına hakim ola bilməyən deputat az qala yalvararaq bildirdi ki, bu, o qədər də böyük vəsait tələb etmir: “Kimsə restoran tikdirmək istəsə, ona yer ayrılır, amma bu cür problemli xəstələr üçün bina tikilməsinə yer verilmir. Məsələyə belə biganə yanaşmaq olmaz. Sabah bizim də övladlarımız belə xəstəliyə yoluxa bilər, kimsə buna zəmanət verə bilməz. Odur ki, mən aidiyyatı qurumlara yalvarıram, onlardan xahiş edirəm həmin xəstələr üçün bina tikilməsinə şərait yaradılsın”.

Sədr Sahibə Qafarova isə T.Kərimliyə cavabında sakitləşməyi tövsiyə etdi və məsələyə diqqət yetiriləcəyini bildirdi./Musavat.comскачать dle 12.1