Bia.Az

Rəsmi Bakı Güney Azərbaycan məsələsini BMT-də müzakirəyə çıxarmalıdır - Həm də elə QARABAĞ NAMİNƏ...

Siyasət
 23-12-2022, 11:11     177

Güney Azərbaycanın məsələsini Azərbaycan dövləti yubanmadan BMT-yə daşımalıdır. Bəli, daha böyük kəsimimiz - işğal altında qalan Güney Azərbaycanda bu gün fars-molla rejimi insanlarımıza olmazın zülmünü etməkdədir.

40 milyonluq Azərbaycan türkü bu gün öz vətənlərində, ata-baba yurdlarında əsir həyatı, konslager həyatı yaşamaqdadır. Onların ən ibtidai kimlik haqqları belə təmin olunmayıb və bu tələblə ortaya çıxdıqlarında canlarından və sağlamlıqlarından olurlar.


Bütün bu faktlar rəsmi Bakıya əsas verir ki, Güney Azərbaycan məsələsini BMT-yə daşısın.. Bunu elə Prezident İlham Əliyev də deyirdi... Yəni o da bildirmişdi ki, 40 milyonluq Azərbaycan türkünün halına biganə qalmaq fikrində deyil. Elə isə HƏRƏKƏT ETMƏK VAXTIDIR...


Kimlərsə düşünə bilər ki, bu gün Xankəndiyə sahiblənə bilmirik, Şuşanın ayağında mədən davası döyürük və hələ haqqımızı ala bilmirik və belə bir şəraitdə Güney Azərbaycan məsələsi aktual deyil...


Bütün bunlar absurddur. Güney Azərbaycan məsələsi hər zaman aktualdır və elə Şuşanın ayağındakı EKOLOJİ DAVAMIZ də bu BÜTÖVLÜK DAVASININ bir parçasıdır. Məsələyə kompleks yanaşmaq gərəkirsə, o zaman bir prosesdə iştirakımızı qeyd etdiyim addımlarla da zənginləşdirməliyik. Bütün bunlar VACİBDİR...
Elə həm də Qarabağ naminə....

Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru
скачать dle 12.1