Bia.Az

Rusiyanın BMT TŞ-da olması qanundan kənardır! - Ukrayna sübut etməyə hazırlaşır

Dünya
 23-12-2022, 01:24     160

Ukrayna XİN başçısı Dmitri Kuleba bəyan edir ki, Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurasında olmasının qanunsuz olduğunu sübut etməyə hazırlaşır.

Rusiya bir çox illərdir ki, BMT-ni zəhərləyir, bu, heç kim üçün sirr deyil. Eləcə də o, bütün beynəlxalq təşkilatları zəhərləyir - hansılara üzvdürsə.

“Rusiya BMT Təhlükəsizlik Şurasında daimi üzv yerini lazımi əsaslar olmadan və aşkar fırıldaqçı sxem əsasında tutur - bu, fırıldaq 31 il əvvəl baş tutub. Ukrayna hazırda hazırlaşır ki, rəsmi addımlara Rusiyanın BMT TŞ-da olmasının qeyri-qanuniliyini sübut etsin və onun bu yeri itirməsi üçün siyasi prosesin işə salınmasına nail olsun, bu, həddindən artıq mürəkkəb proses olacaq» - Kuleba onlayn-brifinq zamanı deyib («UNİAN»).


XİN başçısı əlavə edib ki, Ukrayna beynəlxalq hüquqa əməl olunmasını israr edəcək, Rusiyanın nəfinə olaraq, «intriqa və fırıldaqların» saxlanmasına yox./AzPolitika.infoскачать dle 12.1