Bia.Az

Təkbətək görüş, bəyanat

Gündəm
 22-12-2022, 12:58     278

Azərbaycan səfərində olan Serbiya prezidenti Aleksandr Vuçiç dekabrın 21-i paytaxt Bakıda dövlət başçısı İlham Əliyevlə görüşüb. AZƏRTAC xəbər verir ki, təkbətək görüşdən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

İlham Əliyev iki ölkənin bir çox sahə üzrə əməkdaşlığının böyük tarixi olduğunu deyib:

“Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır”.

Aleksandr Vuçiçin səfəri dekabrın 20-də başlayıb.скачать dle 12.1