Bia.Az

Naxçıvanda orta maaş nə qədərdir?

İqtisadiyyat
 22-12-2022, 12:55     310

Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-noyabr aylarında bölgədə 2 milyard 743,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2021-ci ilin eyni dövründəki göstəricidən 2,7 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 5911,5 manat göstərilir.

Hesabata görə, 2021-ci ilin yanvar-noyabr aylarına nəzərən sənayedə 2,3 faiz, sərmayə qoyuluşunda 1,8 faiz, kənd təsərrüfatında 3,8 faiz, informasiya və rabitə xidmətlərinin dəyərində 3,2 faiz, kreditlərdə 21,5 faiz yüksəliş qeydə alınıb.

Muxtar respublikada 384 növdə məhsul istehsal olunduğu, əhalinin 350 növdə məhsula tələbatının tamamilə yerli imkanlar hesabına ödəndiyi vurğulanır.

Noyabrın 1-nə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqının 599 manata çatdığı xəbər verilir.скачать dle 12.1