Bia.Az

“Azərbaycanda qadağalar geri qayıdır? – AÇIQLAMA

Sosial
 22-12-2022, 11:45     236

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 107 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 825 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 944 nəfər müalicə olunaraq sağalıb, hazırda 586 aktiv xəstə var. Bu günə qədər 9 997 nəfər vəfat edib.
Maraqlıdır, yoluxma yenidən artırsa, qadağalar qayıda bilərmi?
Cebhe.info-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, yoluxmaların artması mümkündür:
“Çünki havalar soyuduqca insan orqanizminin müqavimətinin düşməsi, həm də yuxarı tənəffüs yollarının respirator infeksiyalarının artması baxımından bu hal hər zaman mövsümü xarakter daşıyır. Bu iki amil paralel şəkildə gedir. Həm də dediyimiz kimi, koronavirusun artıq mutasiyalar keçirərək, yuxarı tənəffüs yollarının xəstəliyi şəklinə düşməsi proqnozlaşdırılırdı. Bu, sevindirici haldır ki, mutasiyalar bu istiqamətdə getdi”.
Deputat bildirib ki, ona görə də yoluxmaların sayında hələ bir qədər də artım olacaq:
“Amma yoluxmaların olması hansısa karantin tədbirləri, yaxud müəyyən məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas vermir. Biz artıq koronavirusla mübarizə metodlarını kifayət qədər mənimsəmişik. Həm də insanlarımız vaksinasiya prosesini uğurla başa çatdırıblar. Hazırda da proses ehtiyac olan insanlarla bağlı uğurla davam etdirilir. Ona görə biz artıq yuxarı tənəffüs orqanlarının mövsümi xəstəliklərlə necə mübarizə aparırıqsa, koronavirusla o cür mübarizə tədbirlərini həyata keçiririk”.
Parlament üzvü əlavə edib ki, bütün bunlara baxmayaraq, bu gün koronavirus reallığı var:
“İnsanlarımız öz sağlamlıqlarına diqqət yetirməlidirlər. Maksimal şəkildə gigiyena tədbirlərinə əməl etməli, yaxşı qidalanmalı, xəstələndikdə isə həkimə vaxtında müraciət edib müalicələrini almalıdırlar. Görüləcək tədbirlər bunlardan ibarətdir”.скачать dle 12.1