Bia.Az

Naxçıvanın statusunun ləğvinə nə mane olur?

Siyasət
 22-12-2022, 01:25     157

Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı məsələnin müzakirəsində bəziləri tez-tez müxtəlif beynəlxalq sənədlərinə, Qars müqaviləsinə, Moskva sənədinə istinad edirlər. Tamamiylə məntiqsiz yanaşmadır, hüquqi əsası yoxdur və bu, Azərbaycan Respublikasının Konstitusiyasında aydın şəkildə yazılıb.

Yenipress.az xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Azərabaycan Respublikası Konstitusiyasının 134-ci maddəsinin 2-ci bəndində göstərilir: II. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir:

“Açıq-aydın yazılıb ki, Naxçıvanın statusu ölkə Konstitusiyası ilə müəyyən olunur, deməli, Ana Yasanın referendumla dəyişdirilməsi baş verəcəksə, yeni redaksiyada da Naxçıvanın statusu müəyyən edilə bilər və buna heç bir beynəlxalq sənəd mane ola bilməz. Ölkənin gələcək inkişafı, idarəetmənin təkmilləşdirilməsi və iqtisadi-sosial problemlərin, hətta Xankəndi məsələsinin həlli üçün məmləkətdə yeni Konstitusiyası qəbul edilməli, unitar dövlət olan Azərbaycanda Qarabağ, Şərgi Zəngəzur və Naxşıvan da daxil olmaqla, 14 inzibati ərazi vahidi yaradılmalı (indiki 14 iqtisadi rayonlara uyğun şəkildə), yerli özünüidarə gücləndirilməli və mer institutları təsis edilməlidir. Hakimiyyətin qolları arasında səlahiyyət və məsuliyyət bölgüsü klassik idarəetmə fəlsəfəsinə görə müəyyənləşdirilməlidir – gecikmədən bu addımların atılması vacibdir...”скачать dle 12.1