Bia.Az

Zelenski Ağ Evdə BELƏ qarşılanıb - FOTO

Dünya
 22-12-2022, 01:16     136

Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evə gəlib.

APA-nın xəbərinə görə, onu ABŞ Prezidenti Co Bayden və ABŞ-ın birinci xanımı Cil Bayden qarşılayıb.

Zelenskinin Ağ Evdə Baydenlə ikitərəfli görüşü planlaşdırılıb. Ukrayna Prezidenti ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək. Bu, Zelenskinin vəzifəyə başladığı gündən ABŞ-a ikinci, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra isə ilk səfəridir.

“Mən Amerika xalqına, Prezidentə və Konqresə bizə çox lazım olan dəstəyə görə təşəkkür etmək üçün bu gün Vaşinqtondayam, həmçinin qələbəmizi yaxınlaşdırmaq üçün əməkdaşlığı davam etdirməyin vacibliyini çatdırmaq üçün”, - Zelenski Tvitterdə bildirib.

“Mən Ukraynanın dayanıqlığını və müdafiə qabiliyyətini gücləndirmək üçün bir sıra danışıqlar aparacağam. Xüsusilə, ABŞ Prezidenti Co Baydenlə Ukrayna və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik.
Gələn il biz Ukrayna bayrağını və azadlığını bütün torpağımıza, bütün xalqımıza qaytarmalıyıq” – deyə Zelenski bildirib.



скачать dle 12.1