Bia.Az

Bakıda tələbə Akademiyanın binasından özünü niyə atıb? - Möhbalıyev açıqladı

Hadisə
 21-12-2022, 15:35     240

Dekabrın 20-də 2002-ci il təvəllüdlü Şamil Qarayev təhsil aldığı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasının 8-ci mərtəbəsindən özünü ataraq öldürüb. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Akademiyanın tədris və elmi işlər üzrə prorektoru Fəhrad Möhbalıyev bildirib ki, Laçın rayon sakini olan Şamil Qarayev bir müddətdir özünə qapanıbmış:

"Onun özünü öldürməsinə səbəbin sevdiyi xadımdan "yox” cavabı alaması olduğu ehtimal edilir. O, maliyyə-iqtisad fakültəsinin 3-cü kursunda təhsil alırdı. Yataqxanda qalmırdı və uzun müddət idi dərslərə də gəlmirdi. Dünən Akademiyaya gəlib və yataqxanadan tələbə yoldaşlarına mesaj yazaraq, "Əlvida… Mən nə yaxşı buranı seçdim…” cümləsini göndərib və sonra özünü öldürüb. Əvvəl isə tələbə yoldaşlarına "Mən kimisə sevirəm, heç kim bilmir” deyirmiş". 

Qeyd edək ki, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır./qaynarinfo.az

скачать dle 12.1