Bia.Az

ZELENSKİ VAŞİNQTONDADIR - Baydenlə təkbətək görüşü olacaq (Yeniləndi)

Dünya
 21-12-2022, 14:38     155

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfərdə olduğunu təsdiqləyib.
“Report” xəbər verir ki, bunu dövlət başçısı tviterdə yazıb.
O bildirib ki, Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün Vaşinqtonda səfərdədir.
“ABŞ rəhbərliyi ilə ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik. Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”, - V.Zelenski vurğulayıb.
Qeyd edək ki, V.Zelenskinin ABŞ-a səfər edəcəyi barədə məlumat ötən gecə yayılıb. O, bu gün ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

***
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ-a səfər edərək Amerika lideri Cozef Baydenlə görüşəcək.

.Bu barədə “Report” “Axios”a istinadən xəbər verir.
Qeyd edilir ki, Ukrayna lideri ABŞ Konqresində çıxış etmək niyyətindədir.
Nəşr yazır ki, səfərlə bağlı məlumat Kapitol polisinin rəhbərliyindəki bir neçə mənbə tərəfindən təsdiqlənib. Hazırda polis təhlükəsizliyi gücləndirmək üçün çalışır.
Ukrayna rəhbərinin amerikalı tərəfdaşlara göstərdikləri köməyə görə təşəkkür edəcəyi, həmçinin Rusiyaya qarşı daha çox müqavimət göstərmək üçün nə üçün daha çox maliyyə vəsaitinin lazım olduğunu izah edəcəyi gözlənilir.
Bundan əlavə, nəşr qeyd edir ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bütün üzvlərdən çərşənbə günü axşam keçiriləcək iclasda iştirak etməyi xahiş edib.
Öz növbəsində CNN bildirib ki, səfər zamanı Volodimir Zelenski ilə ABŞ Prezidenti Cozef Bayden arasında görüş üzərində iş gedir.
“Görünür, o, (Zelenski - red) Prezident Baydenə şəxsən müraciət edə biləcək, hazırda Prezident Zelenskinin Prezident Baydenlə təkbətək görüşü üçün Ağ Evə getməsi planlaşdırılır”, - CİNN əlavə edibскачать dle 12.1