Bia.Az

“ABŞ NATO-dan hegemonluğu saxlamaq və qarışıqlıq yaratmaq üçün istifadə edir” - Çin XİN

Dünya
 21-12-2022, 13:34     149

Pekin Vaşinqtonu NATO-dan hegemonluğu saxlamaq və dünyada qarışıqlıq yaratmaq üçün alət kimi istifadə etməyi dayandırmağa çağırır.

Azpost.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.

“ABŞ NATO-dan hegemonluğu saxlamaq və dünyada nizamsızlıq yaratmaq aləti kimi istifadə etməyi dayandırmalıdır”, – Nin ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smitin son bəyanatını belə şərh edib.

Smit bildirmişdi ki, alyansın birliyini pozmaq üçün Moskva və Pekin arasında strategiya mübadiləsi aparılır.

XİN rəsmisi Vaşinqtonu beynəlxalq arenada xəyali düşmənlər yaratmağı dayandırmağa da çağırıb: “Çin hər zaman dünyada sülhün, sabitliyin və rifahın qorunmasına sadiq olub. Çinə qarşı əsassız ittihamlara və böhtanlara son qoymalı, qarşıdurmanı təbliğ etməyi və xəyali düşmənlər yaratmağı dayandırmalıdırlar”.скачать dle 12.1