Bia.Az

Ermənistan Qarabağdakı mülklərin dağıdılmasına görə təzminat ödəyəcəkmi? - Açıqlama

Cəmiyyət
 21-12-2022, 13:06     166

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) yeni dövlətlərarası şikayət təqdim edib. Bu barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

“Avropa Məhkəməsinə göndərilmiş yeni dövlətlərarası şikayətdə 2022-ci il may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsinə görə, Ermənistanın məsuliyyət daşımasına dair faktları təqdim etdik”, - deyə o bildirib.

Bəs Azərbaycanın müraciətinin nəticəsi necə olacaq? Hansı qərarlar verilə bilər?


Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli Bakupost.az -a açıqlamasında bildirib ki, Avropa Məhkəməsi fərdi və dövlətlərarası müraciətləri qəbul edir:
“Bu müraciətlər həm fərdlərin dövlətə qarşı, həm də dövlətlərin dövlətə qarşı müraciəti ola bilir. Yəni bunun fərqi yoxdur... Qarabağda işğal zamanı Ermənistan həm dövlət mülkiyyətinə, həm də fərdi mülkiyyətə zərər vurub. O ərazilərdə sadəcə, Laçında, Zabuxda deyil, Ağdamda, Füzulidə, Qubadlıda, bir sözlə, bütün işğal olunmuş ərazilərdə çoxsaylı dövlət obyektinə ziyan vurulub, onlar yerlə-yeksan edilib. Bu məsələdə daxili mühakimə yolu olmadığı üçün Avropa Məhkəməsi işə birbaşa baxıb qərar verməlidir. Azərbaycan bununla bağlı Beynəlxalq Haaqa məhkəməsinə də müraciət edə bilər".

Hüquqşünas qeyd edib ki, söhbət maddi ziyandan gedir və bu, pula çevirilə, həmin pulla dağıdılan obyektlər bərpa edilə bilər:
"Bu çərçivədə cinayət hərəkəti olubsa, o zaman cinayətə yol vermiş şəxslərin də ayrıca mühakiməsi, məhkəmə qaydasında həbsi və digər tədbirlər görülməlidir”.

AygünBakuPost

Laçında məhv edilən mülklər - Azərbaycan məhkəməyə müraciət etdi

Laçında məhv edilən mülklər - Azərbaycan məhkəməyə müraciət etdi

скачать dle 12.1