Bia.Az

Şabran sakinlərindən külli miqdarda narkotik vasitə aşkarlanıb

Hadisə
 20-12-2022, 14:13     229

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı əməliyyat keçirilib.


DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan DİA.AZ-a verilən məlumata görə, keçirilən əməliyyat-
axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli
bilinən rayon sakinləri Cəlaləddin Məcidov və Elməddin Əmiraslanov saxlanılıblar. Həmin şəxslərin
üzərinə və yaşadıqları evə baxış keçirilən zaman külli miqdarda heroin, psixotrop maddə olan
metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs
qətimkan tədbiri seçilib.
скачать dle 12.1