Bia.Az

İrana sərt xəbərdarlıq: “Vaxt gəldi, təzyiq nəticə verməsə...”

Dünya
 20-12-2022, 13:30     148

“Mövcud şərtlər daxilində İrana təzyiqi artıraraq, əhatəli nüvə müqaviləsi imzalanmalıdır”.

Bunu İsrail müdafiə naziri Benni Qantz deyib.

“İran regional və qlobal səviyyədə meydan oxumağa çalışır və bunun belə olması İsrail üçün təhlükəlidir”, - müdafiə naziri bildirib.
Qantz qeyd edib ki, NATO-nun Ukraynadakı koordinasiyalı fəaliyyəti kimi, beynəlxalq tərəfdaşlar da İrana qarşı koordinasiyalı tədbirlər görməlidir.
İranın nüvə sahəsində geri dönüşü olmayan bir nöqtəyə çata biləcəyi xəbərdarlığını edən Qantz vurğulayıb:

“Zaman kritikdir, İran hazırda daxili problemlərdən, iqtisadi çətinliklərdən və Ukraynaya hücum üçün (Rusiyaya) silah tədarükünə görə beynəlxalq reaksiyalardan əziyyət çəkir və əlavə problemlərlə üzləşib. İndi biz hərbi, kəşfiyyat və siyasi əməkdaşlığı dərinləşdirməliyik. İndi İrana onun nüvə fəaliyyətindəki irəliləyişini dayandıran əhatəli və təkmil nüvə razılaşması üçün təzyiq göstərməyin vaxtıdır.

Bu təzyiq uğursuz olarsa, İranın təcavüzünə qarşı hər kəs güc tətbiq etməlidir. İndi həyata keçiriləcək fəaliyyət təxirə salınmadan qorunmaq olmalıdır”./Teleqraf.comскачать dle 12.1