Bia.Az

Molla rejimi buynuzunu Türkün çomağına sürtür: - "Tehran qorxduğu üçün belə danışır"

Siyasət
 20-12-2022, 12:04     180

Azərbaycan və Türkiyəni tvitter hesabında hədələyən iranlı siyasətçi Ehsan Movəhhediyan Azərbaycan dövlətini “Bakı” adlandırıb.

O, qeyd edir, əslində həm də sərsəmləyir: “Türkiyənin hərbi naziri bildirib ki, Bakı əsgərlərinə təlim keçmək üçün bu ölkəyə daxil olan ordumuz Zəngəzur dəhlizi açılana qədər Bakı Respublikasında qalacaq. Bu isə, o deməkdir ki, Türkiyə, Bakı və İsrail Ermənistanın cənubuna hücum edib Süniki (Zəngəzur) işğal etməkdə qəti qərara gəliblər. Əsgərlərinin sayını dəqiqləşdirsələr, onlara kifayət qədər qəbir qazarıq!”

Bu yerdə Azərbaycanın el deyimi yada düşür: "Keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtər". Biz dəfələrlərlə İran rəsmilərindən Azərbaycana qarşı müxtəlif təhdidlərin, saxta informasiyalarla təbliğatın şahidi olmuşuq. Ehsan Movahhediyanın Azərbaycana qarşı kin qusmasının səbəbi isə İrandaxili hazırkı siyasətdən ilham almasıdır.

DİA.AZ-ın məlumatına görə, politoloq Rəşad Bayramov bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranda Azərbaycan əleyhinə fəaliyyət bir dövlət siyasətidir və bir çox hallarda İranın rəsmi dairələrinin deyə bilmədikləri sözlər ayrı-ayrı din adamları və siyasətçilər, ekspertlər tərəfindən səsləndirilir.

“Adını çəkdiyiniz, xəstə təxayüllü Ehsan Movahhediyan da həmin şəxslərdən biridir. Odur ki, bu məxluqun Azərbaycan əleyhinə ifadələri elə əslində İranın, xüsusi xidmət orqanlarının mövqeyi kimi qəbul edilməlidir. Çünki biz ölkəmizin adının “Bakı respublikası” adlandırılması ilə ilk dəfə deyil ki rastlaşırıq. İranın hətta rəsmi şəxsləri belə öz çıxışlarında ara-sıra bu cür ifadələr işlədiblər.

Konkret Ehsan Movahhediyana gəldikdə isə demək istərdim ki, bu adam “Bakı və Türkiyənin fitnəsinə son qoymaq üçün İran Naxçıvanı geri almalıdır”, “Naxçıvan İranın Qüdsüdür və azad edilməlidir”, “Türkiyənin Qafqazdan həmişəlik əlaqəsini kəsmək üçün Naxçıvanın alınması şərtdir” və bu kimi başqa açıqlamaları ilə də konkret olaraq Azərbaycan ərazilərinə təcavüz üçün çağırışlar edir”,- deyə politoloq əlavə edib. Onun sözlərinə görə, indi də Azərbaycan və Türkiyə tərəfinin Zəngəzur dəhlizinin açılmasının vacibliyi ilə bağlı bəyanatlarına bu şəkildə həyasızcasına münasibət bildirərək, Zəngəzuru Sünik adılandırmasına və bizi guya ki, işğala hazırlaşmaqda ittiham etməsinə onun indiyə qədərki böhtanlarının davamı olaraq baxmaq lazımdır. O ki qaldı bu məxluqun Azərbaycan və Türkiyə əsgərinə xitabən “onlara kifayət qədər qəbir qazarıq” ifadəsinə, politoloq əmindir ki, bu, qorxudan verilmiş bir bəyanatdır. Çünki MovAhhediyan da, elə rəsmi Tehran da qorxur. Türkün birliyindən, gücündən, Azərbaycan və Türkiyənin hər gün artan nüfuzundan əslində bütün dünya qorxur. Amma necə deyərlər, qorxunun əcələ faydası yoxdur. Odur ki, Movahhediyan da, digərləri də bilməlidir ki, nə Azərbaycanın, nə də Türkiyənin İran qorxusu yoxdur. Əgər İranın molla rejimi hər hansı formada Azərbaycan və Türkiyəyə qarşı addımlar atmağa cəhd edərsə, o zaman “qüdrətli İran”a “qardaş yumruğu”nun enməsinə də hazır olmalıdır.
скачать dle 12.1