Bia.Az

Lukaşenko Putinin Belarusa səfərini pozmağa çalışıb – KİV

Dünya
 20-12-2022, 00:49     168

KİV-də informasiya meydana gəlib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Minskə səfərini pozmağa çalışıb, səfər dekabrın 19-na planlaşdırılmışdı və baş tutub.

Bu barədə “Generl SVR” teleqram-kanalı xəbər verir. Guya kanalı RF xarici kəşfiyyat xidmətinin keçmiş generalı idarə edir. Eləcə də bu kanal politoloq Valeri Solovyovla əlaqəli hesab olunur («UNİAN»).

«Şənbə günü səhər Putinə çatdırıblar ki, Lukaşenko özünü pis hiss edir, bir neçə saatdan sonr Belarus tərəf isə ehtiyatla xəbər verib ki, Aleksandr Qriqoryeviç qripdir» - kanal müəllifi təsdiqləyir.


Rusiya Prezidenti guya, bu xəbərlərə skeptik yanaşıb. “General SVR” yazır ki, Lukaşenkoya yaxın dairələrdən gələn alternativ məlumatlara görə, o, özünü əla hiss edir və heç bir qrip simptomu da yoxdur.скачать dle 12.1