Bia.Az

SENSASİON KƏŞF! Yerdən 218 işıq ili uzaqlıqda SU İZİ tapıldı

Dünya
 19-12-2022, 22:14     192

Elm adamları 218 işıq ili uzaqlıqda yerləşən Kepler-138c və Kepler-138d-nin “su planetləri” ola biləcəyini açıqlayıblar

Montreal Universitetinin Tədqiqat İnstitutundan Karolin Piaulet və həmkarları NASA-nın Hubble və Spitzer kosmik teleskopları tərəfindən toplanan məlumatları araşdırıblar və Kepler-138c ilə Kepler-138d planetlərinin əsasən sudan ibarət ola biləcəyini kəşf etdilər.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Nature jurnalında bu yaxınlarda dərc edilmiş araşdırmaya görə, Kepler-138c və Kepler-138d-in həcmi Yerin həcmindən üç dəfə çox və ölçüsü isə Yerdən iki dəfə böyükdür, lakin daha aşağı sıxlığa malikdir.
hubble-kepler138d-stsci-01gksazk.jpg (381 KB)
Astronomlar Kepler planetlərində birbaşa su aşkar etməyiblər, lakin ölçüləri və kütlələri modellərlə müqayisə etdikdə belə nəticəyə gəliblər ki, planetin həcmlərinin əhəmiyyətli bir hissəsi “daşdan yüngül, hidrogen və ya heliumdan daha ağır” materiallardan ibarətdir. Bu zaman ilk ağıla gələn su olub.
Yer kimi Kepler 138d də metal və qayalardan ibarət daxili quruluşa malikdir.
"Kepler-138d-də temperatur, yəqin ki, suyun qaynama nöqtəsindən yuxarıdır və biz bu planetdə qalın, sıx buxar atmosferi gözləyirik", - aparıcı alim Karolin Piaulet deyir.
Monreal Universitetinin astrofizika professoru və tədqiqatın həmmüəllifi Börn Benneke bu kəşfin əhəmiyyətini belə izah edir:
youth-edge_kepler-1024x576.jpg (58 KB)
"Biz əvvəllər Yer kürəsindən bir qədər böyük olan bu planetlərin böyük metal və qayalardan ibarət kürələr olduğunu düşünürdük və buna görə də onları "Super Yer" adlandırırdıq. Amma indi başa düşürük ki, bu iki planet, ehtimal ki, əsasən sudan ibarətdir. Cihazlarımız və texnikamız daha uzaq planetləri öyrənmək üçün kifayət qədər inkişaf edərsə, biz daha çox su dünyası tapmağa başlaya bilərik."
Hazırda bütün diqqətlər dünyanın ən güclü kosmik teleskopu Ceyms Uebbdən (James Webb) alınan məlumatlara yönəlib. Uebbin əsas vəzifələrindən biri ekzoplanetlərin atmosferləri haqqında daha çox məlumat toplamaqdır. Kosmik teleskop "spektrometr" adlanan avadanlıqdan istifadə edərək uzaq planetlərdə tapılan mühüm elementləri və molekulları aşkar edə bilir və Kepler planletlərinin atmosfer tərkibinin sirrini açmaq üçün açar kimi görünür.скачать dle 12.1