Bia.Az

Nüvə müharibəsi TƏHLÜKƏSİ ARTIR - Düyməni ilk sıxan HANSI ÖLKƏ olacaq?

Dünya
 19-12-2022, 22:05     153

Heç kimin qalib olmayacağı nüvə müharibəsi, Moskva və Vaşinqtonun daim öz arsenallarını nümayiş etdirmək istəyi dünya ictimai rəyini panikaya sürükləyir. Ardıcıl bəyanatların çəkindirmə məqsədilə verildiyi aydın olsa da, bu ssenarilərin bir gün reallaşacağı ehtimalı da var. Bu cür müzakirələr Sovet İttifaqı və ABŞ-ın nüvə silahlarını bir-birinə tuşladığı Kuba raket böhranına bənzər kritik vəziyyətə gətirib çıxara bilər.

Ən pisi isə odur ki, ekspertlərin fikrincə, tərksilahla bağlı bütün beynəlxalq müqavilələr sistemi faktiki olaraq iflasa uğrayıb və yaxın gələcəkdə bərpaya ümid yoxdur.

Musavat.com xəbər verir ki, "Russia Today"in məlumatına görə, Vladimir Putin ilk dəfə vəzifəyə başlayanda Rusiya və ABŞ-ın nüvə başlıqlarının səviyyəsini radikal şəkildə 1500-ə endirməyini tövsiyə edib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2022-ci ilin əvvəlinə olan məlumatına görə, ABŞ dünyanın ən böyük nüvə silahı arsenalına malikdir. Bu ölkənin raketlərə və ya əməliyyat qüvvələrinin bazalarında yerləşdirilmiş 1774 döyüş başlığı var.
BU ÖLKƏLƏR BÖYÜK İNVENTARLARA SAHİBDİR
US Russia Nuclear.jpg (238 KB)
Amerika Alimləri Federasiyasının məlumatına görə, Rusiyada 1588 döyüş başlığı var, lakin onun ümumi ehtiyatının Vaşinqtondan daha böyük olduğu bildirilir. Bu rəqəmin 5,428-dən 5,977-ə qədər olduğu təxmin edilir.
Digər nüvə güclərinin daha az döyüş başlığına sahib olduğu məlumdur. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Fransanın 290 döyüş başlığından yalnız 10-u, Böyük Britaniyanın isə 225 döyüş başlığından 60-ı raketlərə yerləşdirilib.
Qapalı rejim olan Çinin nüvə arsenalı haqqında az məlumat var, lakin ölkənin 2022-ci ilin əvvəlində 350-dən çox döyüş başlığına malik olduğu güman edilir. Amerika Alimlər Federasiyasının hesabatında da Pekinin nüvə başlıqları ehtiyatının artdığı qənaətinə gəlinir.
NÜVƏ DÖVLƏTLƏRİ ARASINDA GƏRGİNLİK ARTIR
mushroom-cloud.jpg (73 KB)
Ukraynadakı müharibədən sonra Rusiyanın işləri planlaşdırıldığı kimi getmədi, Kreml fevralın 27-də elan etdi ki, Putin Rusiya çəkindirici qüvvələrinin xüsusi döyüş hazırlığına gətirilməsini əmr edib. Rəsmi Moskva öz ərazisində nüvə hücumu edilərsə və ya dövlətin mövcudluğuna təhlükə yaranarsa nüvə silahından istifadə edəcəyini bəyan edib.
Avqustda Britaniyanın o vaxtkı xarici işlər naziri Liz Trass demişdi ki, lazımi vəziyyət yaranarsa, Londonun təhlükəsizliyi üçün nüvə silahından istifadə ediləcək. ABŞ dövlət katibi Antoni Blinken isə bəyan edib ki, Vaşinqton öz nüvə arsenalından yalnız fövqəladə hallarda, məsələn, ABŞ və müttəfiqlərinin həyati maraqlarını qorumaq məqsədilə istifadə etmək niyyətindədir.
Rusiya lideri isə deyib: “Ölkəmiz müxtəlif kütləvi qırğın silahlarına malikdir və onun bəzi elementləri NATO ölkələrindən daha müasirdir. Ölkəmizin ərazi bütövlüyünə təhlükə yaranarsa, biz şübhəsiz ki, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil”.
NÜVƏ SİLAHINDAN İSTİFADƏ GÖZLƏNİLİRMİ?
Nuclear-War-Explosion-in-city-Ra.jpg (210 KB)
Analitiklər ABŞ və ya Rusiyanın faktiki olaraq nüvə silahından istifadəsini çətin, hətta praktiki olaraq qeyri-mümkün hesab edirlər. Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçılarından biri Konstantin Bloxin hesab edir ki, Rusiyaya qarşı nüvə hücumu ehtimalı ilə bağlı bəyanatlar ABŞ tərəfindən şantaj vasitəsi kimi istifadə olunur. Digər tərəfdən, Russia Today-yə danışan Bloxin nüvə müharibəsinin bəşəriyyətin son müharibəsi olacağını və sivilizasiyanı daş dövrünə qaytaracağını bildirib.
Hava hücumundan müdafiə sistemlərinin inkişafından və kosmos qüvvələri proqramlarının atılan nüvə başlıqlarını zərərsizləşdirmə qabiliyyətindən təhlükəsizlik mexanizmi kimi istifadə olunması arzu edilir.скачать dle 12.1